BaşlıcaSiyasət

David Tonoyan BQXK-nın Ermənistandakı nümayəndə heyətinin rəhbəri ilə Azərbaycandakı əsirlər məsələsini müzakirə etdi

İyulun 6-da Ermənistan Respublikasının Müdafiə naziri David Tonoyan nümayəndə heyətinin rəhbəri Kler Meytroyun başçılıq etdiyi Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistandakı nümayəndələrini qəbul etdi.

Görüşdə Ermənistan Müdafiə nazirliyi ilə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistandakı nümayəndə heyəti arasındakı mövcud əməkdaşlığa, gündəlikdəki tədbirlərə, həmçinin əməkdaşlığın səmərəliliyinin artırılması imkanlarına və qarşıdakı məsələlərə toxunulub.

Həmsöhbətlər Azərbaycanda həbsdə olan Ermənistan Respublikasının vətəndaşları olan Karen Ğazaryanın, Ara Ğazaryanın gələcək taleyinə dair məsələləri müzakirə etmişlər.

Onlar Yerevan və Bakıdakı Qırmızı Xaç idarələrinin sistemləşdirici işlərini mühüm saymış eyni zamanda, ailə üzvləri ilə mütəmadi görüşlər və yazışmalar təmin etmək üçün əlaqəli işləri müzakirə etmişlər..

Tərəflər, həmçinin , Dağlıq Qarabağ münaqişəsindən sonra itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması, Ermənistan Respublikası Əsir və itkin düşmüş şəxslərlə bağlı iş üzrə BQXK komissiyası tərəfindən görülən işlərin əlaqələndirilməsinə dair digər məsələlərə də toxunublar.

Görüşün sonunda David Tonoyan, nümayəndə heyətinin Ermənistan Respublikası hökumətinin koronavirusla mübarizədə göstərdiyi səylərə dəstəyinə görə BQXK-nın Ermənistandakı rəhbərinə təşəkkür  bildirdi.

Daha çox göstər
Back to top button