Başlıcaİctimaiyyət

Ermənistanda daha 349 nəfərdə koronavirus aşkarlanıb, 605 nəfər sağalıb

Ermənistanda son sutka ərzində koronavirusa yoluxma hallarının sayı daha 349 nəfər artaraq 29 285 nəfərə çatıb.

Bu barədə ölkənin Milli Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzindən bildirilib.

Son bir gündə Ermənistanda 12 nəfər virusdan ölüb. Bununla da ölkədə COVID-19 qurbanlarının sayı 503-ə çatıb.

Qeyd olunub ki, virusdan 16 907 pasiyent sağalıb (son gündə 605 nəfər sağalıb). Hazırda 11 711 nəfər infeksiyadan müalicə olunur.

Ermənistanda indiyə qədər 125 088 nəfər testdən keçirilib.

Daha çox göstər
Back to top button