BaşlıcaBeynəlxalq

Papa BMT Təhlükəsizlik Şurasının “koronavirus” barışığı barədə təşəbbüsünü dəstəklədi

Bundan öncə,BMT-nin Baş katibi Antoni Guterreş atəşkəsə çağırış etmiş və çərşənbə günü BMT Təhlükəsizlik Şurası onun dəstəyi ilə qətnamə qəbul etmişdir.

“SputnikArmeniya”nın verdiyi məlumata görə, Roma Papası Fransiskos, COVID-19 pandemiyası kontekstində bütün münaqişələrdə atəşkəsə çağıran qətnaməni dəstəklədi.

“Çox ehtiyac duyulan humanitar yardımın təcili çatdırılması üçün zəruri olan sülhü və təhlükəsizliyi təmin edəcək qlobal və dərhal atəşkəsə çağırış təqdirə layiqdir”- deyərək Papa ənənəvi bazar xütbəsi zamanı bəyan edib.

Bundan əvvəl, BMT Baş katibi Antoni Guterres atəşkəsə çağırış etmiş, çərşənbə günü BMT Təhlükəsizlik Şurası onu dəstəkləyən bir qətnamə qəbul etmişdir.

Sənəd silahlı münaqişə tərəflərini dərhal “ən azı 90 gün ardıcıl humanitar fasilə” təmin etməyə və bununla da heç bir maneə olmadan humanitar yardımın etibarlı və sabit çatdırılmasına şərait yaratmaqçün çağırış edir.

Papa Francsiskos  bu qərarın həyata keçiriləcəyinə ümid etdiyini bildirdi: “Təhlükəsizlik Şurasının bu qətnaməsi dinc gələcəyə doğru ilk cəsarətli addım olacaqdır” – deyərək Papa qeyd edib.

Daha çox göstər
Back to top button