BaşlıcaSiyasət

Bakının bəyanatları bütün dünya üçün gülüncdür. Bizim strateji bir məsələmiz var – o da yarımçıq müharibəni qazanmaq

Bu yaxınlarda Baş nazir Nikol Paşinyan nazir David Tonoyan və Silahlı qüvvələrin Baş qərargah rəisi general-leytenant Onik Qasparyanın rəhbərlik etdiyi ER Müdafiə nazirliyinin və Silahlı qüvvələrin rəhbərliyi ilə işgüzar görüş keçirdi.

Görüşdə bölgədəki hərbi-siyasi vəziyyətdəki mümkün inkişaflar və Silahlı qüvvələrin istifadəsi planı müzakirə edildi. Müzakirələr zamanı Nikol Paşinyan bildirdi ki, “bu gün Silahlı qüvvələrimizin kifayət qədər yaxşı tempi və inkişafı var”.

Hərbi ekspert Hraçya Petrosyants bu mövzuda Baş nazirlə eynirəylidir. “İrəliləyişimiz əlbətdə varımızdır Burada əvvəlan gərək o olayı hesaba alaq son zamanlar hiss ediləcək qədər qida və maddi təchizatı çox dəyişilib.Ən mühümü isə silah-sursat sahəsində əhəmiyyətli nailiyyətlər əldə etməyimizdir.

Alınan konkret silah və texnikalardan asılı olmayaraq , onun həcmi olduqca böyükdür, bu çox ehtiyac duyulan və ciddi dəyişiklikdir.

Həmçinin, 2016-cı ilin aprel döyüşlərindən sonra belə bu dərəcədə əldə olunmalarımız bizim üçün çox vacibdir, nəticədə ciddi texniki vasitələr, sərmayə qoymuş və müxtəlif məqsədlər üçün bir vəziyyətə gəlinmiş, bunun da nəticəsində Azərbaycan tərəfi bu gün bütün dünyada gülüş obyektinə çevrilmişdir.

Məsələn,Zakir Həsənovun bəyanatını xatırlayaq, xüsusən haçan ki, hədəf ala bilmədiklərini söylədiyi son açıqlamasını yada salaq. Bizi bütün cəbhə boyu Amerika nəzarət sistemlərini qurduğumuz üçün günahlandırırdı. Müdafiə nazirinin bu ifadəsi sadəcə gülünc idi. Lakin digər tərəfdənsə bu o demək deyil Silahlı qüvvələrimizdə problemimiz yoxdur.

Əlbəttə ki, bu belə deyil. Problemlər çoxdur lakin eyni zamanda tədricən getdikcə inkişaflar da göz qabağındadır”-deyərək “1-ci Xəbərlər”-lə söhbətində hərbi ekspert vurğuladı.

Zaman dəyişdikcə vəziyyət dəyişdi, insanların düşüncə və psixologiyası dəyişdi, eyni zamanda texnika və silahlar əhəmiyyətli dərəcədə dəyişdi və bu da hamısına birbaşa təsir göstərir.

Qeyd etmək lazımdır ki, yuxarıda göstərilən görüşdə baş nazir Paşinyan öz nitqində xüsusilə vurğulamışdır. “Bildirmək istəyirəm ki, hökumətimiz üçün bu istiqamət yalnız önəmlik deyil, çünki erməni xalqının əslində qəbul etdikləri və söylədikləri ambisiyalar gerçək hala gələ bilər və Silahlı qüvvələrimiz bir şans əldə edə bilər.

“Əgər biz fərz edək və İcevan istiqamətini götürək, bu istiqamətdə düşünməyə başlasaq, deməli bu xüsusi bir taktiki istiqamətdir və bütün cəbhə istiqamətində düşünsək, bu artıq bir strategiyadır, yəni başa düşdüyümüz aşağıdakı kimi bir nümunədir, bu anda təxribatçı infiltrasiya cəhdlərinin qarşısını almaq bizim həll etməyimiz üçün taktiki bir məsələdir, amma yaxın gələcəkdə, əgər Azərbaycan rəhbərliyi qəflətən hərbi əməliyyatları açmaq üçün güc tətbiq etməyə çalışarsa onda strategiyamız rol oynayacaqdır.

Söz bu barədədir, üstəlik, mötərizələri aça bilmərik”- deyərək Petrosyants, ümumiyyətlə Baş nazirin bu cür açıqlamalarını məmnuniyyətlə qarşıladığını söylədi.

Ekspert, öz növbəsində əmindir ki, ER Silahlı qüvvələri və onun inkişafı və modernləşdirilməsi bizim üçün mütləq önəmlik olmalıdır,çünki onun sözlərincə biz yarımçıq bir müharibədəyik və qarşımızda strateji bir vəzifəmiz var ki, o da müharibədə qalib gəlməkdir.

“Belə bir problemi olan bir ölkə üçün qalan hər olayı arxa plana keçirmək lazımdır”- deyərək Hraçya Petrosyants yekunlaşdırdı.

Daha çox göstər
Back to top button