Başlıcaİctimaiyyət

Ermənistanda daha 535 nəfərdə koronavirus aşkarlanıb

Ermənistanda son sutka ərzində koronavirusa yoluxma hallarının sayı daha 535 nəfər artaraq 29 820 nəfərə çatıb.

Bu barədə ölkənin Milli Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzindən bildirilib.

Son bir gündə Ermənistanda 18 nəfər virusdan ölüb. Bununla da ölkədə COVID-19 qurbanlarının sayı 521-ə çatıb.

Qeyd olunub ki, virusdan 17 427 pasiyent sağalıb (son gündə 520 nəfər sağalıb). Hazırda 11 708 nəfər infeksiyadan müalicə olunur.

Ermənistanda indiyə qədər 127 171 nəfər testdən keçirilib.

Daha çox göstər
Back to top button