ArtsaxBaşlıcaİctimaiyyət

Artsaxın Prezidenti ehtiyatda olan zabitlərlə sosial problemləri müzakirə etdi

İyulun 8-də Artsax Respublikasının Prezidenti Arayik Harutyunyan bir qrup ehtiyatda olan zabitləri qəbul etdi. Bu barədə Artsax Prezidentinin Administrasiyasından məlumat verilib.

Dövlət başçısı qeyd etdi ki, vətən onların göstərdiyi xidmətləri yüksək qiymətləndirir və Hökumət onaların sosial problemlərini diqqət mərkəzində saxlamaq üçün bütün vasitələrdən istifadə edəcək.

Prezidentin sözlərinə görə, sentyabrın 1-dən etibarən Artsax müharibəsinin azadlıq döyüşçüləri, Böyük Vətən müharibəsinin veteranları Arstax və Ermənistan tibb müəssislərindən pulsuz istifadə edə biləcəklər.

2023-cü ildə qədər MO-nun mənzil siyahısında olanlar isə mənzillərlə təmin olunacaqlar.

Arayik Harutyunyan, ehtiyatda olan zabitlərin problemləri ilə məşğul olan qeyri-hökumət təşkilatı yaratmaq təşəbbüsünü də alqışladı.

Daha çox göstər
Back to top button