Başlıcaİctimaiyyət

Azərbaycanda fəallar sosial şəbəkələrdə akkauntların sındırıldığını bildirirlər

Azərbaycanda bir neçə fəal, jurnalist və media təşkilatı son iki həftədə sosial şəbəkələrdəki akkauntlarına nəzarəti itiriblər. Onların Facebook hesabları şəxsiyyət vəsiqələrindən istifadə edilərək sındırılıb və deaktiv edilib.

Bu barədə “Turan” informasiya agentliyi xəbər verir.

Agentliyin məlumatına görə, hökumətin tənqidçilərinə qarşı kiberhücumlar son ayda Azərbaycanda artıb.

Jurnalist Aysel Umudova, həmçinin Xalq Cəbhəsi Partiyasının bir qrup fəalı Facebook-da hesablarına hücumlardan şikayətləniblər.

Daha çox göstər
Back to top button
Close