Başlıcaİctimaiyyət

Azərbaycanda koronavirusa yoluxanların sayı 22 minə yaxınlaşır

Azərbaycanda koronavirus infeksiyasına 542 yeni yoluxma faktı qeydə alınıb, 465 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 9 nəfər ölüb.

Bu barədə ölkənin Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

İndiyədək Azərbaycanda ümumilikdə 21 916 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 13 100 nəfər müalicə olunaraq sağalıb, 274 nəfər vəfat edib, 8 542 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 355, ötən müddət ərzində isə ümumilikdə 537 230 test aparılıb.

Daha çox göstər
Back to top button