Başlıcaİctimaiyyət

Azərbaycanda polis genişmiqyaslı əməliyyat keçirib: Saxlanılanlar var

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin kənd təsərrüfatı sahəsində ayrılan dövlət pullarını mənimsəməkdə şübhəli bilinən vəzifəli şəxslərə qarşı əməliyyat keçirməsinə münasibət bildirib. 

Oxu.Az xəbər verir ki, bununla bağlı Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov açıqlama verib:

“Əməliyyat aqrar sahəyə ayrılmış subsidiyaların mənimsənilməsində şübhəli bilinən özəl sektorun vəzifəli şəxslərinə qarşı keçirilir. Əməliyyatda Daxili İşlər Nazirliyinin müvafiq strukturları ilə birlikdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Kredit və İnkişaf Agentliyinin əməkdaşları da iştirak edir. Əməliyyat Kənd Təsərrüfatı Nazirliyinin müraciəti və təşəbbüsü əsasında keçirilir. Əməliyyatın təfərrüatları ilə bağlı birgə məlumat yayılacaq”.

Əməliyyatda Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları da iştirak edib. Çoxlu sayda saxlanılanlar var.

Daha çox göstər
Back to top button
Close