Başlıcaİctimaiyyət

Ermənistanda daha 526 nəfərdə koronavirus aşkarandı

Ermənistanda son sutka ərzində koronavirusa yoluxma hallarının sayı daha 526 nəfər artaraq 30 346-ya çatıb.

Bu barədə ölkənin Milli Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzindən bildirilib.

Son bir gündə Ermənistanda 14 nəfər virusdan ölüb. Bununla da ölkədə COVID-19 qurbanlarının sayı 535-ə yüksəlib.

Qeyd olunub ki, virusa yoluxan 18 000 pasiyent sağalıb. Hazırda 11 641 nəfər infeksiyadan müalicə olunur. İndiyədək 129 166 test aparılıb.

Daha çox göstər
Back to top button