Başlıcaİctimaiyyət

Yüzlərlə Azərbaycan vətəndaşı Türkiyədən qayıda bilmir

Türkiyə-Azərbaycan sərhədində toplaşan yüzlərlə Azərbaycan vətəndaşı aylardır ölkəyə qayıda bilmir.

Bu haqda “Turan”a adının çəkilməsini istəməyən o vətəndaşlardan bir neçəsi məlumat verib. Onlar bildiriblər ki, artıq dördüncü aydır Türkiyənin Qars və İqdır şəhərlərində Azərbaycana keçmək üçün icazə verilməsini gözləyirlər: “Burada yüzlərlə adam gözləyir. Onların arasında hamilə qadınlar, uşaqlar, yaşlı və xəstələr var. Bütün bu insanlar Türkiyənin müxtəlif şəhərlərindən gəlib sərhəddə toplaşıblar. Naxçıvana keçmək istəyirik, amma bizi buraxmırlar”.

Həmin şəxslər Türkiyəyə işləmək üçün getdiklərini deyirlər: “Azərbaycanda iş tapa bilmirdik, Türkiyəyə işləməyə getmişik. Mart ayında isə koronavirusa görə karantin elan edildi, çoxumuz işimizi itirdik, kirayə pulunu verə bilmirdik deyə, qərara gəldik ki, Azərbaycana qayıdaq. Bizi isə ölkəyə buraxmırlar. Yığdığımız pul da bitmək üzrədir”.

Sərhəddə qalan vətəndaşlar onlara yardım göstərilmədiyini, kiminin yataqxanada, kiminin parkda yatdığını söyləyirlər/

Daha çox göstər
Back to top button
Close