ArtsaxBaşlıcaİctimaiyyət

Artsax Prezidenti Şuşi ilə bağlı yeni tapşırıqlar verib

Arstax Respublikasının Prezidenti Arayik Harutyunyan iyulun 9-da Şuşi rayonun icra hakimiyyət başçısı Erik Harutyunyanı qəbul etdi.

Bu barədə Arstax Repsublikasının Prezident Administrasiyasından məlumat verilib.

Şuşinin icra hakimiyyət başçısı rayonda həyata keçirilən proqramları, mövcud problemləri, sosial proqramlar çərçivəsində verilən mənzillərlə bağlı məsələləri təqdim etdi.

Dövlət başçısı qeyd etdi ki, Şuşi rayonunun inkişafı hökumətin prioritet istiqamətlərindən biridir və bunun üçün müxtəlif irimiqyaslı proqramlar planlaşdırılır.

Arayik Harutyunyan Şuşi şəhərində su xəttinin çəkilməsi imkanlarını araşdırması, sosial proqramlar çərçivəsində verilən tikinti materialları üçün əlavə 25 milyon ayırması, habelə helək olan azadlıq döyüşçülərinin ailələrinin mənzil probleminin həlli çərçivəsində 10 evlərin inşaası ilə bağlı tapşırıq verib.

Prezident vurğulayıb ki, Şuşi şəhərinin mərkəzi hissəsində torpaq sahələrinin verilməsi şəhərin baş planının hazırlanmasına qədər müvəqqəti olaraq dayandırılmalıdır.

Görüşdə Artsax Respublikasının Ərazi İdarəetmə və İnkişaf naziri Jirayr Mirzoyan və Prezidentin Müşaviri Sergey Qriqoryan iştirak edib.

Daha çox göstər
Back to top button