Başlıcaİctimaiyyət
Ermənistanda daha 557 nəfərdə koronavirus aşkarlandı
Ermənistanda son sutka ərzində koronavirusa yoluxma hallarının sayı daha 557 nəfər artaraq 30 903-ə çatıb.
Bu barədə ölkənin Milli Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzindən bildirilib.
Eyni zamanda, son bir gündə Ermənistanda 11 nəfər virusdan ölüb. Bununla da ölkədə COVID-19 qurbanlarının sayı 546-ya yüksəlib.
Qeyd olunub ki, virusa yoluxan 18 709 pasiyent sağalıb. Hazırda 11 471 nəfər infeksiyadan müalicə olunur. İndiyədək 131 216 test aparılıb.