Azərbaycan Müdafiə nazirliyi iyulun 12-də Ermənistan-Azərbaycan sərhədində baş verən insidentdə Azərbaycan silahlı qüvvələrinin 2 hərbçisinin öldüyünü, 5 nəfərin yaralandığını bildirir.
Bundan əvvəl ER Müdafiə nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bildirmişdi ki, iyulun 12-də, təxminən saat 13:45 radələrində Azərbaycan silahlı qüvvələrinin hərbçiləri UAZ markalı avtomobildə Tavuş istiqamətində ER dövlət sərhədini keçməyə cəhd göstərib.
“Erməni tərəfinin sayıqlığı və xəbərdarlığından sonra Azərbaycan əskərləri UAZ markalı avtomobillərini buraxaraq geriyə atılıbdır.
Saat 13:45 radələrində Azərbaycan silahlı qüvvələrinin əskərləri Ermənistan Silahlı Qüvvələrinin sərhəd mövqelərini işğal etmək cəhdini təkrarlamış,artilleriya atəşini etmişdir.Ancaq tərəfindən təzyiqlə üzləşərək itkilər vermiş və geriyə atılmışlar”-deyərək Stepanyan əlavə edib ki, erməni tərəfində itki olmayıb..