Azərbaycan əskərləri Tavuş istiqamətində ikinci dəfə cəhd etdilər, lakin geri çəkildilər. Erməni tərəfdən itki yoxdur.
“SputnikArmeniya”-nın verdiyi məlumata görə, Azərbaycan hərbçiləri ER dövlət sərhədini pozmağa cəhd göstəriblər. Xəbəri özünün Facebook səhifəsində ER Müdafiə nazirliyinin sözçüsü Şuşan Stepanyan bəyan edib.
“Bu gün saat 12:30 radələrində Azərbaycan silahlı qüvvələrinin hərbçiləri, anlaşılmaz səbəbdən, UAZ avtomobili ilə Tavuş istiqamətində ER dövlət sərhədini pozmağa cəhd etmişdir.
Erməni tərəfinin xəbərdarlığından sonra azərbaycanlı əskərlər “UAZ” markalı avtomobillərini buraxaraq öz çıxış nöqtəsinə qayıtmışlar”-deyərək Stepanyan yazıb.
O, əlavə edib ki, birinci cəhdən təxminən 1 saatdan sonra saat 13:45 radələrində Azərbaycan silahlı qüvvələrinin əskərləri erməni tərəfinin sərhəd mövqeyini işğal etmək cəhdini təkrarladılar.
Onlar artilleriya atəşindən istifadə etdilər, lakin erməni tərəfindən təzyiqə məruz qalaraq geriyə atılmışlar. Erməni tərəfindən itkilər yoxdur. Xatırladaq ki, martın 31-də , saat 19.00 radələrində, Azərbaycan tərəfi Tavuş vilayətinin Noyemberyan bölgəsindəki erməni mövqeləri istiqamətində təxribatçı təcavüzə cəhd etmişdir.
Rəqib tərəf Bağhanis və Voskevan kəndlərini hədəfə aldı, onun nəticəsində Voskevan icmasından bir uşaq eyvanda olarkən yaralanmışdır.Ondan başqa iki hərbiçi xəsarət almışdır.
Daha sonra, mayın 22-də rəqib tərəf Artsax Müdafiə Ordusunun hərbi hissələrindən birinin müdafiə məntəqəsi istiqamətində təxribat törətməyə cəhd edib.Rəqib təkrarən çıxış mövqeyinə atılıb.Genişlənmiş atışma zamanı Müdafiə Ordusunun itkisi olmayıb.