
ER Müdafiə naziri David Tonoyan, iyulun 11-də Alixanyan Milli Elmi Laboratoriya Fondunun direktoru, Notre Dame Universitetinin Fizika üzrə professoru Ani Abramhamyanı müdafiə sahəsində elm potensialının tətbiqini müzakirə etmək üçün qəbul etdi.
Müdafiə naziri Ani Abrahamyanın Ermənistanda və dünyada elmin inkişafındakı rolunu yüksək qiymətləndirdi. David Tonoyan sözündə qeyd etdi: “Hörmətli professor, mən uzun müddətdir ki, Alixanyan Milli Elmi Laboratoriyasının nailiyyətlərini izləyirəm və uğurlarınıza heyranam. Səmimi olaraq praktik perspektivləri qeyd etmək istəyirəm.
Sürətlə dəyişən dünyada birgə səylərlə istədiklərimiz nəticəni əldə edə bilərik. Bütün hallarda dəqiqlik və sürət vacibdir. Bunlarla yanaşı eyni zamanda kvant texnologiyasının tətbiqini gözəçarpan etmək məqsədəuyğundur”.
Ani Abramhamyan, öz növbəsində, David Tonoyana uzunmüddətli proqramlar üzrə əməkdaşlığa hazır olduqlarına görə təşəkkür edərək xüsusilə qeyd etdi:
“Cənab nazir, səmimi qəbul üçün və müdafiə sahəsində böyük uğurlar gətirən təklif etdiyiniz fikirlərin həyata keçirilməsinə görə təşəkkür edirəm. Eyni zamanda, elm sahəsində birgə səylər göstərdiyiniz üçün təşəkkür edirəm qeyd edim ki, hərbi sənaye realdır. Birgə səylərlə yeni uğurları əldə etməyə etməyə hazırıq”.
Görüşdə tərəflər bir sıra sahələrdə əməkdaşlıq barədə razılığa gəldilər.