BaşlıcaSiyasət

Azərbaycan SQ-nin təxribatçı hərəkətlərini qəti şəkildə pisləyirik: Paşinyan

Hörmətli həmkarlar, əziz vətəndaşlar dünən iyulun 12-də Azərbaycan Silahlı Qüvvələri təxribatçı hərəkətlərə əl ataraq, Ermənistan-Azərbaycan sərhədində, Tavuş rayonunun Movses kəndi istiqamətində yerləşən sərhəd mövqelərimizə hücum etdilər. Azərbaycan SQ-nin təxribatçı hərəkətlərini qəti şəkildə pisləyirik. Bu gün səhər saatlarında bu hərəkətlər yenidən başladı. Bunun təkrarlanmasıyla bölgənin destabilizasiyasının gözlənilməz nəticələrinin bütün məsuliyyəti Azərbaycanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcəkdir․

Türkiyənin, bölgədə destabilizasiya təhrik edən davranışı çox narahatedicidir və bu davranış ən yaxşı şəkildə bu ölkənin Xarici İşlər Nazirliyinin Azərbaycanı dəstəkləyən, açıq və ənənəvi şəkildə anti-erməni məntiqdə olan rəsmi bəyanatında əks olunur.

Bu hərbi insident bir vakum nəticəsi deyil. Artıq xeyli vaxtdır Azərbaycan rəhbərliyi olan səbəblərlə anti-erməni kartını oynatmağa çalışır. Ola bilər ki, Azərbaycanın hərbi-siyasi rəhbərliyi daxili probləmləri sərhəddə gərginlik yaradmaqla ikinci plana atmaq istəyir və bu kontekstdə öz əsgərlərini prespektivsiz əməliyyatlara göndərərk, insan həyatlarına, o cümlədən azərbaycanlı əsgərlərin həyatlarına hörmətsizliyini açıq-aydın şəkildə göstərir․ Azərbaycanın pandemiya dövründə qkobal atəşkələ bağlı BMT-nin Baş katibinin çağırışına qoşulmaması da bunun sübutudur.

Elə görünür ki, Azərbaycanda epidemiya nə qədər yayılırsa, sosial-iqtisadi vəziyyət kəskinləşirsə, Azərbaycanın hərbi-siyasi rəhbərliyinin anti-erməni və hərbi ritorikası bir o qədər də kəskinləşir. Azərbaycan rəhbərliyi öz xalqını karantin və təhlükəsizlik qaydalarına riayət etməyə çağırmaq əvəzinə müharibə çağırışlarıyla çıxış edirdi. Sanki anti-ermənilik koronavirusla mübarizənin ən yaxşı yoludur.

Əziz vətəndaşlar, hörmətli həmkarlar əminliklə bildirirəm ki, hər hansı bir təxribatçı hərəkət cavabsız qalmayacaq.

Mən bütün həmvətənlilərimizi vətəni müdafiə etmək üçün mövqelərdə olan Siahlı Qüvvələrimizə, hərbçilərimizə, komandirlərimizə öz dəstəyini verməyə çağırıram.Onların güclü arxası olmalı və hər birimiz o arxanın bir hissəsiyik. Yalnız rəsmi mənbələrə etibar etməyə çağırıram. Bu dövrdə cəmiyyətimizin informasiya qarşıdurması Ermənistan ordusunun qələbəsinin ən vacib təminatlarından biridir․

-Cənəb Tonoyan, nə məlumat verə bilərsiniz, dünən nələr baş verib və bu gün, indi vəziyyət necədir?

-Hörmətli cənəb baş nazir, həmkarlar təşəkkür edirəm. Dünən saat 12.30 radələrində mövqelərimizə UAZ avtmobili yaxınlaşıb, naməlum səbəblərdə hərbi qulluqçular avtomobildən çıxıb, mövqemizə döğru irəliləməyə başlayıb. Bir daha vurğulamaq istəyirəm, çünki bu çox vaicbdir, bu mövqe Ermənistan Respubliaksının sərhədindədir. Bu hərəkətlərin hərbi qulluqcularımız üçün gözlənilməz olduğu üçün onlar bu barədə məlumatlandırıb və təlimat alıblar. Azərbaycan hərbçilərinin mümkün səhvini, çoğrafiya və ya operativ vəziyyətinin bilməməsini nəzərə alaraq, onlar ərazini tərk etməyə səsləyib. Bu həyata keçirilib, avtomobili tərk edərək onlar mövqelərinə qayıdıblar. Bundan sonra 82 millimetrlik minaatanlardan istifadə edərək həmin mövqeni atəşə tutublar. Hərbi qruplar da bu mövqeyə irələməyə başlayıb, artileriya atəşinə tutulma və müvafiq əməliyyatlarla bunun qarşısını alınıb. Rəqib itkilər verərək geri çəkilib. İndiyə qədər eyni ssenari ilə davam olunur.

-Cənəb baş nazir sizə bildirmək istəyirəm ki, müxtəlif çaplı artileriyadan 15 dəqiqəyəcən istifadə olunaraq, 25 dəqiqədən bir artileriya atəşinə başlanılıb. Bu isə gecə saat 3.30-dan 5.30-dək olmayıb. Bütün artileriya atəşinə tutulma halları hədəflənib, snayper atəşi ilə susdurulur, bunun nəticəsində də rəqibin xeyli itkiləri var. Bizim Silahlı Qüvvələrimiz və müvafiq korpus sərhədi qorumağı davam edirlər. Operativ vəziyyət tam nəzarət altındadır, idarə olunur”.

-Cənab Tonoyan, təşəkkür edirəm. Yəni, elə təəssürat yaranır ki, sanki, azərbaycanlı əsgərlər itkin düşüb, sonra bizim hərbçilərimizin xəbərdarlığından sonra maşını buraxıb getdilər. Avtomobillə əlaqəli ola bilərmi? Yəni, avtomabili qaytarmaq istədilər, buna görə də əməliyyata başladılar?

-Cənab Baş nazir, belə istək olsaydı, hər hansı formatla əlaqə quracaqdılar və maşının geri qaytarılması üçün atəş açmamaq barədə razılıq əldə ediləcəkdi.

-Dərhal artilleriyadan atəş açmağa başlanılıb.

-Çox yaxşı. Mən qeyd etmək istəyirəm ki, dünən axşam saatlarından bizim beynəlxalq tərəfdaşlarımızla əlaqə saxlamışıq, vəziyyət barədə məlumat vermişik və bunu davam edirik. Cənab Mnatsakanyan doğrudur?
Bəli, cənab Baş nazir,

Dünəndən bəri həmsədrlər ölkələri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə daimi əlaqə saxlamışıq. Məlumat mübadiləsi və koordinasiyası baxımından bu iş indi dədavamlı və davam etməkdədir. Eyni zamanda, KTMT baş katibi ilə, eləcə də KTMT-yə üzv dövlətlərlə əlaqə saxlayırıq və bu da davamlıdır. Təbii ki, bu baxımdan bütün digər tərəfdaşlarla işimiz davam edir, prosesdədir və biz proses və bu istiqamətdə baş verən bütün inkişaflar haqqında şəffaf məlumat veririk.
Qeyd etmək lazımdır ki, Ermənistan Silahlı Qüvvələri vəziyyəti inamla nəzərdə saxlayır və şübhə yoxdur ki, biz, Silahlı Qüvvələrimiz Ermənistan sərhədlərinin toxunmazlığını qoruyacaq.

Təşəkkür edirəm, əziz həmkarlar.

Daha çox göstər
Back to top button