
“İnfoteka 24”-ün verdiyi məlumata görə,İyulun 10-da “Azadlıq” qəzeti öz Facebook səhifəsində 2 saylı Cəzaçəkmə müəssisəsindəki gərgin vəziyyət barədə məlumat vermişdi.
Yüksək hərarəti olan xəstələrin sayı günü-gündən artmaqdadır. Verilən məlumata görə,hazırda qızdırmalı xəstələrin sayı 500 nəfərdən artıqdır.
Hamısı bir məhbus həkimin ümidinə qalıb. Verilən dərman isə təkcə parasetomoldur. Huşunu itirən, ağır vəziyyətdə olan xəstələrin bir neçəsinə sistem birləşdirilib…
Xatırladaq ki, siyasi məhbus Aqil Məhərrəmov da 2 saylı Cəzaçəkmə müəssisəsində saxlanılır.
Həyəcan siqnalları da 20-yə yaxın qadın məhkumun COVİD-19 əlamətlərindən əzab çəkdiyi 4 saylı Cəzaçəkmə müəssisəsindən də gəlməkdədir.