
ER Müdafiə naziri rus pilotlarını ER Dövlət mükafatına layiq görülməsi münasibətiylə təbrik edib və onlar da erməni hərbi pilotların yüksək səviyyədə hazırlıqlarından danışdılar.
Ermənistan Respublikasının Müdafiə naziri David Tonoyan, Ermənistan Respublikası Silahlı qüvvələrinin pilot heyətinin təlim və uçuş təhlükəsizliyinə mühüm töhfələr verən rus pilotlarını qəbul etdi.Bu haqda məlumatı ER Müdafiə nazirliyinin mətbuat xidməti bildirib.
Rusiyanın aparıcı pilot- peşəkarları RF qəhramanı Vyaçeslavov Yuriyeviç Averyanov və Yevgeni Vyaçeslavoviç Averyanov İyulun 10-da keçirilən görüşdə iştirak etmişlər.
Erməni tərəfdən görüşdə ER Silahlı qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Onik Qasparyan, ER Silahlı qüvvələrinin Aviasiya İdarəsinin rəisi, polkovnik Gagik Aslanyan iştirak etmişdir
Müdafiə nazirliyinin rəisi pilotları Ermənistan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Ermənistan Respublikası Dövlət Mükafatıyla “Təşəkkür” medalı ilə təltif olunması münasibətilə təbrik etdi.
David Tonoyan pilot-testerlərin gördüyü işləri, əməkdaşlığı və göstərilən dəstəyini yüksək qiymətləndirdi.
Eksperimental -pilotlar Vyaçeslav və Yevgeni Averyanov da öz növbəsində erməni hərbi pilotlarının hazırlıq səviyyəsinin olduqca yüksək əviyyədə olduğunu vurğuladı.

Xatırladaq ki, iyulun 9-da ER Prezidenti Armen Sarkisyan Ermənistan Respublikası Silahlı qüvvələrinin pilotlarının hazırlanmasında mühüm töhfələrə görə Vyaçeslav Yuriyeviç Averyanov və aparıcı sınaq pilotu Yevgeni Vyaçeslavoviç Averyanovun mükafatlandırılması haqqında sərəncam imzalayıb.