Başlıcaİctimaiyyət

Ermənistanda daha 182 nəfərdə koronavirus aşkarlanıb

Ermənistanda son sutka ərzində koronavirusa yoluxma hallarının sayı daha 182 nəfər artaraq 32 151 nəfərə çatıb.

Bu barədə ölkənin Milli Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzindən bildirilib.

Eyni zamanda son bir gündə Ermənistanda 8 nəfər virusdan ölüb. Bununla da ölkədə COVID-19 qurbanlarının sayı 573-ə yüksəlib.

Qeyd olunub ki, virusa yoluxan 19 865 pasiyent sağalıb. Hazırda 11 530 nəfər infeksiyadan müalicə olunur.

Daha çox göstər
Back to top button