Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zas Daimi Şuranın təcili iclasını çağırıb.
Bu barədə məlumatı KTMT-nin mətbuat xidməti yayıb.
“İyulun 12-si Ermənistan-Azərbaycan sərhədində, Tavuş istiqamətindəki qarşıdurma ilə əlaqədar KTMT-nin baş katibi Stanislav Zas iyulun 13-ü KTMT-nin Daimi şurasını təcili iclasa çağırıb”, – deyə məlumatda qeyd olunur.