“İnfoteka 24”-ə əsasən,90-cı illərin əvvəlindən 2005-ci illərə qədər Azərbaycan hakimiyyətinin orta əsr erməni Xaçkarlarının qəbiristanlığının (“Xaçkar” – erməni memarlıq abidələri və ziyarətgahlarının bir növü olan, müqəddəs Xaçın oyma təsviri olan daş lövhədir) məhv edilməsi ilə bağlı dəhşətli hərəkətləri dəfələrlə mətbuatda işıqlandırılmışdır.
Naxicevan Muxtar Respublikası ərazisindəki Culfa şəhərinin yaxınlığında, Abidələrin və İşarələrin qorunması üzrə Beynəlxalq Şuranın, habelə Qərb və Ermənistan KİV-I xəbər verdiyi kimi, qəbiristanlığın dağıdılmasının şahidləri sonradan bölgənin peyk şəkillərinin təhlili əsasında Amerikanın Elmi İnkişaf Dərnəyi tərəfindən təsdiqlənmişdir.
Azərbaycanda vandalizmin dövlət səviyyəsində dəstəklənməsi çox təəssüfləndiricidir. Diqqətə layiqdir ki, hətta onların “böyük qardaşı” tükrk qaniçənlər istənilən xalqın dini, inancından asılı omlmayaraq məhumun qəbrini ehtiramla yad etmişlər və buna görə də qəbirlərə, o cümlədən “kafirlərin”qəbirlərinə toxunmamışlar..
Ancaq Azərbaycan yalnız özünə xas olan qəddarlıq və həyasızlıq əsaslarıyla hamını üstələyərək viranəliklərin təssəvvüredilməz zirvəsinə gedib çatdı.
Orta əsr xristian irsinin – Xaçkar qəbiristanlığının tamamilə talan edilməsindən və məhv edilməsindən sonra, Naxicevanda kürd qəbiristanlıqlarının sistematik şəkildə məhv edilməsi həyata keçirilir.
2020-ci il aprelin 22-də çəkilən kürd qəbiristanlığının video və fotoşəkildə şaquli məzar daşları aydın görünür. Növbəti çəkiliş bir ay sonra – mayın 23-də edilib.Burada məzar daşlarının bir hissəsinin artıq necə məhv edildiyini, qalan hissəsinin inşaat texnikası avadanlığı tərəfindən amansızcasına məhv edildiyini görürük.
Və nəhayət, iyunun 23-də çəkilən üçüncü videoda və fotoşəkildə məzar daşı lövhələri tamamilə yoxdur, qəbiristanlıq müşahidə postları və atəş nöqtələrinin yerləşdiyi möhkəmləndirilmiş piyada mövqeyinə çevrilir.
İnanırıq ki, beynəlxalq səviyyədə Azərbaycan hakimiyyətinin neo-vandalizm – bu memarlıq abidələri və qəbiristanlıqları tarixən təhrif etmək üçün sistematik şəkildə məhv edilməsinə dair bu biabırçı və təhqiramiz hərəkətlərini kəskin şəkildə məhkum edəcək, əks təqdirdə cəzasızlıq yeni hadisələrə çatdıra bilər.