
İki-üç saatlıq fasilədən sonra səhər saatlarında rəqib tərəf təxribatçı hərəkətləri davam etdirərək, erməni mövqeləri istiqamətində atəş açmağı davam etdi.
“Armenpress”in verdiyi məlumata görə, bu haqda ER Müdafiə nazirliyinin sözçüsü Şuşan Stepanyan məlumatlandırıb.
“Silahlı qüvvələrin bölmələri tərəfindən adekvat cavab verilib.Düşmənin itkilərini artacağı istisna olunmur”- deyərək “Armenpress”ə əsasən bu haqda Şuşan Stepanyan Facebook səhifəsində yazıb.
Bundan əvvəl ER Müdafiə nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bildirmişdi ki, iyulun 12-də, saat 12:30 radələrində Azərbaycan silahlı qüvvələrinin əskərləri UAZ markalı avtomobildə Tavuş istiqamətində ER Dövlət sərhədini keçməyə cəhd göstəribdir..
Hərbçilər “UAZ” markalı avtomobillərini buraxaraq öz çıxış nöqtəsinə doğru atılmışlar.
Saat 13:45 radələrində azərbaycanlı əskərlər artilleriya atəşindən istifadə edərək Ermənistan silahlı qüvvələrinin sərhəd mövqelərini işğal etmək cəhdini təkrar etdilər, lakin erməni tərəfindən təzyiqlərə məruz qalaraq itki vermiş və təkrarəın çıxış nöqtəsinə atılmışlar.
Ermənistan Müdafiə nazirliyi erməni tərəfində itki olmadığını, Azərbaycan tərəfinin isə iki ölü və 5 yaralının olduğunu bildirib. Məlumata görə, yaralılardan bir xəstəxanada vəfat edib.