BaşlıcaSiyasət

Rusiya XİN Ermınistan-Azərbaycan sərhədindəki vəziyyəti ilə bağlı bəyanat yayıb: Sərhəddə gərginliyin artması yolverilməzdir

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan – Ermənistan sərhədində gərginliyin kəskin artmasına toxunaraq, bildirib ki, bu yölverilməzdir.

“Aldığımız məlumata görə, döyüşlər davam edir, artilleriyadan istifadə olunur. Ölən və yaralananlar var. Həlak olanların ailələrinə, yaxınlarına başsağlığı veririk. Regionun təhlükəsizliyinə təhdid olan bu gərginliyi yolverilməz hesab edir, qarşıduran tərəfləri təmkinli olmağa, atəşkəs rejiminə ciddi əməl etməyə çağırırıq”, – deyə açıqlamada vurğulanır.

Rusiya XİN həmçinin vəziyyəti sabitləşdirmək üçün müvafiq dəstək verməyə hazır olduqlarını da bildirib.

Daha çox göstər
Back to top button