BaşlıcaSiyasət

Artsrun Hovannisyan:“Təhriflərə uymayın,bizim itkilərimiz yoxdur”

Ermənistan Silahlı Qüvvələri Ermənistan-Azərbaycan sərhədindəki Tavuş istiqamətində vəziyyətə tam nəzarət edir. “Armenpress”-dən   verilənməlumata görə, Müdafiə nazirliyinin Vazgen Sarkisyan Hərbi universitetinin komandanlıq və kadr fakültəsinin müdiri Artsrun Hovhannisyan bu barədə “Facebook” səhifəsində erməni tərəfinin itki olmadığını yazıb.

“Qeyd edim ki, Azərbaycan Müdafiə nazirliyi yaxşı videolar hazırlayır saxtalıqlar keyfiyyətli şəkildə edilir.Təhriflərə  uymayın, ER Silahlı qüvvələri vəziyyətə tam nəzarət edir. Bizim itkilərimiz yoxdur”-deyərək Hovhannisyan yazıb.

ER Müdafiə nazirliyi məlumatvermişdir ki, iyulun 12-də, saat 12:30 radələrində Azərbaycan silahlı qüvvələrinin əskərləri UAZ avtomobili ilə Tavuş istiqamətində Ermənistan Respublikasının dövlət sərhədini pozmağa cəhd göstəribdir.

“Erməni tərəfinin xəbərdarlığından sonra Azərbaycan hərbçiləri” UAZ markalı avtomobili tərk edərək geri qayıtdılar. Saat 13: 45 radələrində  Azərbaycan silahlı qüvvələrinin əskərləri Ermənistan Silahlı qüvvələrinin sərhəd mövqeyini ələ keçirmək cəhdini təkrarlamış,artilleriya atəşindən istifadə etmişdir.

Lakin erməni tərəfindən təzyiqlə üzləşərək,itkilər verərək geriyə atılmıdır”- deyə”- ER Müdafiə nazirliyinin mətbuat katibi Şuşan Stepanyan qeyd edərək əlavə edib ki, erməni tərəfindən itkilər yoxdur.

Daha sonra Şuşan Stepanyan bildirdi ki, Azərbaycan tərəfi bir neçə saat əvvəl bir UAZ markalı avtomobildə Ermənistan-Azərbaycan sərhəddini keçməyə cəhd etdikləri eyni erməni mövqeyi atəşə tutdu. “Azərbaycan tərəfi eyni mövqeyimiz istiqamətində 82 mm qumbaraatanından və tanklardan atəşi davam etdi. Vəziyyətin kəskinləşməsi üçün bütün məsuliyyəti Azərbaycanın hərbi-siyasi rəhbərliyi üzərinə düşür”-deyərək o, qeyd edib..

Səhər Şuşan Stepanyan bildirdi ki, iki və ya üç saatlıq fasilədən sonra düşmən erməni mövqelərini atəşə tutaraq təxribatçı hərəkətlərini davam etdirir. Azərbaycanın açdığı əməliyyatlar nəticəsində Ermənistan tərəfinin 3 hərbçisi yaralanıb və onların  hər hansısa birinin həyatı təhlükəli deyil.

İyulun 13-də ER Müdafiə nazirliyi Azərbaycan Silahlı qüvvələrinin Çinar qəsəbəsi istiqamətində 82 mm çaplı qumbaraatanından 7 mərmi və 120 mərmli qumbaraatanından 3 mərmi atəş etdiyini bildirdi.

Daha çox göstər
Back to top button