BaşlıcaSiyasət

ER Xarici İşlər nazirliyi Türkiyəyə cavab verdi

Xarici işlər nazirliyi Türkiyənin bölgəmizdə qeyri-sabitliyə səbəb olmaq cəhdlərini sərt şəkildə pisləyir.

Sputnikin verdiyi məlumata görə, Ermənistan Xarici işlər nazirliyi Türkiyənin bəyanatına cavab olaraq bildirib ki, iyulun 12-də  o ölkənin Xarici İşlər nazirliyi  bəyanatla çıxış edib və onunla  nəiki öz ölkəsinin Azərbaycana təmmənnasız yardımını bildirir, həm də faktiki olaraq  Azərbaycan tərəfindən  erməni-azərbaycan sərhəddində Azərbaycanın güc tətbiq etməsini də  doğruldur.

“Türkiyənin Ermənistana qarşı təxribatçı mövqeyi və əsassız ittihamları və Ermənistana qrşı  istiqamətlənmiş  əsassız   qınamalar o həqiqəti təstiq edir ki, o ölkə  nəinki  ATƏT MQ üzvü olaraq  deyil,  Dağlıq Qarabağ münaqişəsində  cəlb olunan tərəf kimi fəaliyyət göstərməsini təsdiqləyir.

 Bu reallıq Türkiyənin oynamağını, beynəlxalq, ilk növbədə, Dağlıq Qarabağ münaqişəsində ATƏT çərçivələrində  Türkiyənin  hər hansısa  rolunu mümkünsüz edir”-deyərək XİN bəyanatında qeyd olunur.

Xarici işlər nazirliyinin məlumatına görə, Türkiyənin qonşu bölgələrdəki münaqişələrə müdaxilə etmək istəyi artıq bu bölgələrdə təhlükəsizlik və qeyri-sabitliyin pisləşməsinə səbəb olmuşdur. Xarici işlər nazirliyinin açıqlamasında deyilir:

“Türkiyənin bölgəmizdə qeyri-sabitliyə səbəb olmaq cəhdlərini qəti şəkildə pisləyir və ER beynəlxalq təhlükəsizlik və regional təhlükəsizliyi gücləndirmək mövqeyini davam etdirəcəyini bir daha təsdiqləyirik”- deyərək XİN-in  bəyanatında bildirilir.

Xatırladaq ki, Stepanyan bir müddət əvvəl sərhəddə vəzifə yerinə yetirən iki polisin düşmənin nəzarət-buraxılış məntəqəsi yaxınlığında istifadə etdiyi silahlardan yüngül bədən xəsarətləri aldığı barədə xəbər vermişdi.

İyulun 12-də, gecə saat 12:30 radələrində Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri UAZ markalı minik avtomobili ilə Tavuş istiqamətində ER dövlət sərhədini keçməyə cəhd edib.

Erməni tərəfinin xəbərdarlığından sonra Azərbaycan hərbçiləri UAZ markalı avtomobillərini tərk edərək geri qayıtdılar. Saat 13: 45 radələrində  Azərbaycan silahlı qüvvələrinin hərbçiləri artilleriya atəşindən istifadə etməklə Ermənistan Silahlı Qüvvələrinin sərhəd mövqelərini işğal etmək cəhdini təkrar edib,lakin Ermənistan tərəfindən təzyiqlərə məruz qalmış itki verərək geri atılmışlar.

Sonradan məlum oldu ki, Azərbaycan tərəfi Tavuş mövqelərini atəşə tutmağa başladı. ER Müdafiə nazirliyinin  mətbuat katibi Şuşan Stepanyan səhər erkən bildirdi ki, iki və ya üç saatlıq fasilədən sonra  rəqib təxribatçı hərəkətlərini davam etdirərək, erməni mövqelərini atəşə tutmağı davam etdiyini söylədi.

Türkiyə Xarici işlər nazirliyi Ermənistan-Azərbaycan sərhədində baş verən qarşıdurmalara cavab olaraq, Ermənistan tərəfinin hərəkətlərini pisləyərək, onları “təcavüzkar millətçi yanaşmaların yeni təzahürü” olaraq xarakterizə edib.

Daha çox göstər
Back to top button