
Konqresmen Adam Şiff Azərbaycanın Ermənistan-Azərbaycan sərhəddindəki Tavuş istiqamətində təxribatçı və destabilizasiya hərəkətlərindən narahatlığını ifadə edib. “Armenpress”in verdiyi məlumata görə bu haqda Şiff öz Facebook səhifəsində yazıb.
“Son günlər Ermənistan sərhədində Azərbaycanın təxribatçı və pozucu hərəkətlərindən, o cümlədən erməni hərbiçilərinin atəşə tutulmasından çox narahatam.” Bu hərəkətlər hərbiçilərin , mülki şəxslərin həyatını təhlükə altına alır və münaqişənin kəskinləşməsi riskini artırır. Xüsusilə qlobal epidemiya yayıldığı zaman bölgə üçün dağıdıcı nəticələrə çatdıra bilər”- deyərək Şiff yazıb..
Konqresmen qeyd edib ki, bu hərəkətlərə Ermənistana və Artsaxa qarşı münasibətdə ardıcıl səslənən ritorikası və sərhədlərinin beynəlxalq monitorinqinə icazə verilməməsi kontekstində baxılmalıdr.
Mən Dövlət Departamentini səsləyirəm ki, tərəflərə təmkin, diplomatiya və gərginliyi azaltmağın zəruriliyini izah etsin”-deyərək konqresmen qeyd edib.
Ermənistan Respublikası Müdafiə nazirliyi məlumat verdi ki, iyulun 12-də, saat 12:30 radələrində Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri UAZ avtomobili ilə Tavuş istiqamətində Ermənistan Respublikasının dövlət sərhədini pozmağa cəhd göstərdilər. “Erməni tərəfinin xəbərdarlığından sonra Azərbaycan hərbçiləri” UAZ markalı avtomobili tərk edərək geri qayıtdılar.
Saat 13: 45 radələrində Azərbaycan silahlı qüvvələrinin əskərləri Ermənistan Silahlı qüvvələrinin sərhəd mövqeyini ələ keçirmək cəhdini təkrarlayaraq artilleriya atəşindən istifadə etdilər, lakin erməni tərəfi tərəfindən təzyiqlə üzləşərək itki verdi və geriyə atıldı”-deyərək ER Müdafiə nazirliyinin sözçüsü Şuşan Stepanyanəlavə edib ki, erməni tərəfinin itkiləri yoxdur.
Daha sonra Şuşan Stepanyan bildirdi ki, Azərbaycan tərəfi bir neçə saat əvvəl bir UAZ markalı avtomobildə Ermənistan-Azərbaycan sərhəddini keçməyə cəhd etdikləri eyni erməni mövqeyində atəşə tutdu.
“Azərbaycan tərəfi eyni mövqeyimiz istiqamətində 82 mm qumbaraatanından atəşi davam etdi. Vəziyyətin kəskinləşməsi üçün bütün məsuliyyəti Azərbaycanın hərbi-siyasi rəhbərliyi daşıyacaq”- deyərək o, qeyd edib.
Səhər artıq Şuşan Stepanyan bildirdi ki, iki və ya üç saatlıq fasilədən sonra düşmən erməni mövqelərini yenidən atəşə tutaraq təxribatçı hərəkətlərini davam etdirir.
Azərbaycanın azğın əməliyyatları nəticəsində Ermənistan tərəfinin 3 hərbçisi yaralanıb, onlardan hər hansısa birinin həyatını təhlükə gözləmir.