BaşlıcaSiyasət

Təcili tədbirlər görülməlidir: AB Ermənistan və Azərbaycana çağırış edib

Ermənistan-Azərbaycan sərhədinin bir hissəsində baş verən hadisələr Avropa Birliyini narahat etdi. Sputnik Armeniya-nın verdiyi məlumata görə, Avropa Birliyi Ermənistanı, Azərbaycanı qarşıdurmaya son qoymağa və gərginliyi azaltmaq üçün addımlar atmağa çağırır.

“AB hər iki tərəfi hərbi əməliyyatları dayandırmağa, gərgin ritorikadan və hərəkətlərdən çəkinməyə və vəziyyətin kəskinləşməsinin qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırır”-deyərək  Birliyin xarici siyasi xidmət  üzrə mətbuat idarəsindən  bildirilir.

 Xatırladaq ki, iyulun 12-də saat 12:30 radələrində Azərbaycan silahlı qüvvələrinin əskərləri UAZ avtomobili ilə Tavuş istiqamətində ER Dövlət sərhədini pozmağa cəhd göstərib.

Erməni tərəfinin xəbərdarlığından sonra Azərbaycan əskərləri avtomobildən çıxaraq geriyə qayıtmışlar.

Saat 13: 45 radələrində  Azərbaycan tərəfi artilleriya atəşindən istifadə etməklə Ermənistan Silahlı qüvvələrinin sərhəd mövqelərini işğal etmək cəhdini təkrarladı.

Lakin Ermənistan tərəfiindən onlar təzyiqlə üzləşərək  itki verərək geri çəkilmək  məcburiyyətində qalıb.Sonradan məlum oldu ki, Azərbaycan tərəfi Tavuş mövqelərini atəşə tutmağa başladı. ER Müdafiə naziri Davit Tonoyaniyulun 13-də keçirilən  hökumət iclasında bildirdi ki, Azərbaycan tərəfi hər 15-20 dəqiqədən bir erməni mövqeləri istiqamətində atəş edir.

Ermənistan-Azərbaycan sərhədindəki əməliyyatlarda kimlər cəlb olunub?

Daha əvvəl ER Müdafiə nazirliyi sərhəd polisinin daxili işçilərinin iki nəfərinin erməni tərəfi tərəfindən yüngül xəsarət aldığını bildirib.

Daha çox göstər
Back to top button