İyulun 14-də Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında ağır artilleriya və pilotsuz uçan aparatların istifadəsiylə toqquşma nəticəsində 16 nəfər, o cümlədən bir azərbaycanlı general həlak oldu. AP yazır ki, bu, son illərin ən pis eskalasiyasına çevrilib.
“Sərhəddə Cənubi Qafqazın iki xalqı arasında qarşılıqlı atışmalar bazar günü başladı. Azərbaycan bəyan edib ki, üç gün davam edən hərbi əməliyyatlarda 11 hərbçsini və bir mülki şəxsini itirib, Ermənsiatn isə çərşənbə axşamı dörd hərbçisini öldürdüyünü bildirdi.
Hazırkı qarşıdurmalar, ehtimal ki, 2016-cı ildən sonra ən ciddi hərbi əməliyyatlardır”.
Qeyd edilir ki, Azərbaycanın pilotsuz uçan aparatlarından biri məhv edilib.
Məqalədə ER Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bəyanatı yer alıb odur ki, Azərbaycan silahlı qüvvələri Tovuz rayonunun Dondar-Quşçu kəndinin yaxınlığında, sərhəddən təxminən 10km məsafədə artilleriya yerləşdirərək mülki əhalini qalxan kimi istifadə edir. “Azərbaycan tərəfi öz əhalisini hədəfə alaraq artilleriya batareyaları ilə mühasirəyə aldı, sonra isə qəzəblənib ki, Ermənistan qüvvələri bu istiqamətdə atəş açır”- deyə o, Facebook-da kəndin ətrafındakı Azərbaycan artilleriya şəkillərini yerləşdirərək yazıb.
Azərbaycan ilə sıx etnik və mədəni əlaqələri olan Türkiya Bakıya öz dəstəyini bildirib.