BaşlıcaİdmanTəhlil

ATƏT-in fəaliyyətdə olan sədri Ermənistan-Azərbaycan sərhədi boyunca atəşkəs rejimini qorumağa çağırdı

Avropada Təhlükəsizlik və Əməkdaşlıq təşkilatının hazırkı sədri, Albaniyanın Baş naziri, Avropa və Xarici işlər naziri Edi Rama Ermənistan-Azərbaycan sərhədi boyunca dərhal atəşkəsə qayıtmağa çağırdı. “Armenpress”in verdiyi məlumata görə,Ramanın çağırışı ATƏT-in rəsmi saytında yayımlanıb.

“Ermənistan-Azərbaycan sərhədi boyunca şahid olduğumuz zorakılığın artması ilə bağlı çox narahatam və yeni itki görməyənədək təcili atəşkəsə çağırıram” – deyərək Rama qeyd edib.

O, qeyd edib ki, ATƏT Minsk Qrupu həmsədrləri, fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsi səfir Ancey Kasprşik vəziyyətin  sabitliyini bərpa etmək üçün tərəflər ilə sıx təmasdadır.

 Birbaşa əlaqə 2019-cu ilin martında  Ermənistan və Azərbaycan rəhbərləri tərəfindən mart ayında Vyanada Minsk qrupu həmsədrlərin vasitəçiliyi ilə olan görüş  zamanı liderlər tərəfindən  təsdiqləndi.

  Rama ümid edir ki, bu vəziyyətdə gərginliyi azaltmaq üçün bu cür mexanizmlərdən istifadə etmək olar.

Rama Ermənistan-Azərbaycan sərhədində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, hər iki tərəfdən itkilərin olmasından narahatlığını bildirib.

“Hamımız hər şey etməliyik ki, münaqişənin insan həyatı üzərinə təsirini  cüziləşdirək. Mümkün qədər tez danışıqlar aparmaq üçün əlimizdən gələni etməliyik”-deyərək Rama, Minsk qrupu prosesinə  dəstək olmağa hazır olduğunu  qeyd etdi.

İyulun 14-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Şimal-Şərq hissəsində hərbçilər mayor Garuş Vemiri Hambardzumyan və kapitan Sos Paylaki Elbakyan düşmənin atəşi nəticəsində  həlak olub.. Daha sonra çağırışçılar, kiçik çavuş Smbat G. Gabrielyan və kiçik çavuş Grişa Vahani Matosyan düşmən atəşindən həlak olub.

İyulun 13-də ATƏT-in Minsk qrupu həmsədrləri Ermənistan-Azərbaycan sərhədində atəşkəsin son pozuntularını pisləyib.

Daha çox göstər
Back to top button