İctimaiyyət

Azərbaycan hakimiyyəti səfərbərlik elan etməyəcək

Azərbaycan hakimiyyəti səfərbərlik elan etmək niyyətində deyil. “Hazırda Azərbaycan Silahlı Qüvvələri qanunvericiliyin tələblərinə uyğun şəxsi heyətlə işləyir. Ordu ölkənin ərazi bütövlüyünü təmin edir. Hələlik ehtiyatda olanları cəlb etməyə ehtiyac yoxdur”- deyə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bildirib.

Xatırladaq ki, dünən axşan yüzlərlə insan Bakının mərkəzində Azərbaycan Prezidenti İlham Əliyevi ümummilli səfərbərlik elan etməyə çağırdılar.

Daha çox göstər
Back to top button