Bakıda hərbiçərin dəstəyi üçün keçirilinən mitinq Milli Məclis binası qarşısında mübarizəyə çevrilib. Nəticədə 7 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, 2 xidməti avtomobil aşırılaraq yararsız hala salınıb, daha 14 xidməti avtomobilə və toplantının keçirildiyi ərazinin yol infrastrukturuna ciddi ziyan vurulub. Bu barədə Minval.az Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Baş Prokurorluq Cinayət Məcəlləsinin 220-ci (kütləvi iğtişaş) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlayaraq istintaq aparır. Hüquqazidd əməllərin iştirakçılarından bəziləri saxlanıb.