
Türkiyənin fəaliyyətləri və ritorikası regionun təhlükəsizliyi və sabitliyi üçün ciddi təhlükə yaradır.
Ankara Ermənistan-Azərbaycan sərhədinin Tavuş istiqamətində Azərbaycanı dəstəkləyərək vəziyyəti daha da gərginləşdirməyə çalışır. Bunu ER Milli Elmlər Akademiyasının Şərqşunaslıq İnstitutu direktoru Ruben Safrastyan bildirib.
“Türkiyənin davranışı getdikcə Ermənistan və Dağlıq Qarabağ üçün getdikcə daha təhlükəli olur. Hər şeydən əvvəl təhlükəsziliyimizi təmin etməliyik və geosiyasi vəziyyəti düzgün qiymətləndirməliyik”, – deyə Ruben Safrastyan bildirib.
Safrastyan Ermənistanın strateji müttəfiqləri məsələsini də çox vacib sayır.