Başlıcaİctimaiyyət

Ermənistanda daha 554 nəfərdə koronavirus aşkarlandı

Ermənistanda daha 554 nəfərdə koronavirus aşkarlanıb, 582 nəfər sağalıb.

Məlumatı ER Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 33 559-a yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 15 nəfər artaraq 607yə çatıb. İndiyədək 21 931 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 10 832 aktiv koronavirus xəstəsi var. İndiyədək 141 410 test aparılıb.

Daha çox göstər
Back to top button