BaşlıcaSiyasət

Həmsədrlər Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin danışıqlara hazır olduğunu alqışlayır

ATƏT-in Minsk Qrupunun iclasından sonra həmsədrlər İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şöfer (Amerika Birləşmiş Ştatları) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik bəyanatla çıxış etdilər.

“Əldə edilən məlumata görə, 15 iyul səhər saatlarından etibarən Azərbaycan-Ermənistan sərhədində vəziyyət nisbətən sakitdir.

Həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi  hərbi əməliyyatların azalmasını alqışlayır və tərəfləri de-eskalasiyanın davam etməsi üçün səy göstərməyə çağırır.

Həmsədrlər tərəfləri kəskin ritorikadan və bölgədəki vəziyyəti dəyişdirməyə çalışmaqdan çəkinməyə çağırır. Həmsədrlər sülh prosesinin bərpasına əlverişli mühit yaratmağın zəruriliyini bir daha vurğulayır.

Həmsədrlər Azərbaycanın və Ermənistan xarici işlər nazirlərinin tezliklə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin vacib tərəfləri ilə bağlı əsaslı danışıqlar aparmasının təsdiqlənməsini alqışlayır və ATƏT müşahidəçilərinin şərtlər imkan verdiyi zamanda  bölgəyə qaytarılmasının vacibliyini vurğulayıblar”.

Daha çox göstər
Back to top button