Dünyaca məşhur musiqiçi Serj Tankyan İnstaqram səhifəsində Azərbaycana və onun Prezidenti İlham Əliyevə toxunub. O Əliyevin şəklini yerləşdirdi və yazdı:
“Bu, İlham Əliyevdir. Azərbaycanın neft oliqarxı prezidentidir. Atasından güc aldı və indi həyat yoldaşını vitse-prezident vəzifəsinə təyn edib. Azərbaycan demokratiyadan başqa hər şeydir.
Azərbaycanlıların öz talelərini həll etmək üçün layiqli liderliyi və söz azadlığı olmasa, Ermənistanla Azərbaycan arasında heç vaxt barışıq görməyəcəyik. 2018-ci ildə Ermənistanda olduğu kimi, Azərbaycanda da dinc inqilab həyata keçirməyin vaxtı çatdı ki, onların ağlabatan bir rəhbərliyi və sülh də olsun”.