BaşlıcaSiyasət

ER Xarici İşlər Nazirliyi Metsamor AES-inin vurulma təhlükəsinə reaksiya verib

Azərbaycan Müdafiə Nazirliyinin Metamor atom elektrik stanisyasını vurma təhdidi Azərbaycanın hərbi-siyasi rəhbərliyinin ümidsizlik səviyyəsini və ağıl böhranını göstərir. Bunu ER XİN tərəfindən yayılan məlumatda deyilir.

Azərbaycan Müdafiə Nazirliyinin təhdidləri ümumi olaraq beynəlxalq humanitar hüquqlarının və xüsusilə də, Cenevrə konvensiyasının ilk Əlavə Protokolunun kobudcasına pozulmasıdır. Biz Azərbaycanın səsləndirdiyi nüvə təhdidlərini qəti şəkildə pisləyirik. Bu təhdidlər beynəlxalq ictimaiyyətin bu üzvünün mütləq məsuliyyət və ağlabatanlığın olmamasının göstəricisidir”.

XİN bəyan edib ki, bu cür təhdidlər dövlət terrorunun və Azərbaycanın soyqırım niyyətlərinin birbaşa təzahürüdür. Azərbaycan rəhbərliyi bu cür bəyanatları regionun bütün xalqları, o cümlədən öz xalqı üçün bir təhdiddir.

Azərbaycanın bu bəyanatına ER Ombudsmanı Arman Tatoyan da reaksiya verərək qeyd edib ki, bu cür bəyanat müharibə cinayətinin açıq-aydın niyyətidir.

“Bu yalnız Ermənistan üçün deyil, həmçinin bütün region üçün bir humanitar fəlakətdir. Bu təhdid mülki insanlara yönəlmiş açıq bir terrordur”,-Tatoyan qeyd edib.

ER Ombudsmanı insan hüquqlarını müdafiə edən beynəlxalq qurumları bu məsələyə diqqət yetirməyə çağırdı.

Daha çox göstər
Back to top button