BaşlıcaSiyasət

“Gülüncdür”: Hovannisian Azərbaycanın kazarmaları məhv etməklə bağlı daha bir ağ yalanını ifşa edir

Artsrun Hovhannisyanın sözlərinə görə, Azərbaycan Müdafiə nazirliyinin yayımladığı videoda bu gün Çinari bölgəsində kazarma deyil, Fövqəladə hallar nazirliyinin maşınıdır.

“Sputnik Armeniya”nın verdiyi məlumata görə,  ER  Müdafiə nazirliyinin nümayəndəsi Artsrun Hovhannisyan”Sputnik Armeniya” ilə söhbətində  Azərbaycan MN tərəfindən yayılan videonun başlığını “gülünc”adlandırdı, burada Azərbaycan silahlı qüvvələrinin erməni arsenalını məhv etdiyi iddia edilir.

 “Video materialında  bu gün  Çinaridə  zərbəyə məruz qalan FHN-nin avtomobilidir ki, o da yadın şəkildə əks olunur”-deyərək Artsrun Hovannisyan qeyd edib..

Qeyd edək ki, bu gün, 16 iyul axşamı Çinari kənd sakini Aramayis Hovakimyan Çinari kəndində rəqibin  atəşindən  yaralanıb. Onun köməyinə gələn  FHN avtomobili düşmən tərəfindən hədəfə alınaraq atəşə tutulub.

İyulun 12-dən etibarən Ermənistan-Azərbaycan sərhədinin Tavuş hissəsində vəziyyət kəskinləşib. Saat 12:30 radələrində Azərbaycan silahlı qüvvələrinin hərbçiləri “UAZ” markalı minik avtomobili ilə Tavuş istiqamətində ER Dövlət sərhədini keçməyə cəhd göstərdilər. Erməni tərəfinin xəbərdarlığından sonra Azərbaycan hərbçiləri avtomobildən çıxaraq geri qayıtdılar.

Bundan sonra rəqib tərəf mütəmadi olaraq həm erməni mövqeləri, həm də yaşayış məntəqələri istiqamətində atəş açmaqdadır..

İyulun 16-da saat 05: 20-dən başlayaraq Aygepar, Tavuş, Movses Çinari kəndləri növbəti dəfə Azərbaycan silahlı qüvvələri tərəfindən atəşə tutuldu. Atışma nəticəsində Aygepar uşaq bağçasına  ziyan dəyib.

Çinaridə üç yaşayış evinə zərər dəyib, kınd sakini 48 yaşlı Aramayis Hovakimyan yaralanıb.

İyulun 16-na olan rəsmi məlumatlara görə, Azərbaycanda 13 (o cümlədən general-mayor Polad Haşımov – 1 mülki işçi olmaqla), Ermənistan tərəfində isə 4  itki var: mayor Qaruş Hambarsumyan, kapitan Sos Elbakyan, kiçik çavuşlar Grişa Matevosyan və Smbat Gabrielyan. .

ER prezidenti Armen Sarkisyanın sərəncamı ilə onlar ölümündən sonra mükafatlandırıldı.

Daha çox göstər
Back to top button