
Artsrun Hovhannisyan eləcə də rusiyalı jurnalistin məqaləsinə toxunaraq, mövqe haqqında heç bir söhbət olmadığını və tərəflərin heç birinin yüksəklik zəbt etmədiyini qeyd etdi.
“Sputnik Armeniya”-nın verdiyi məlumata görə, Müdafiə nazirliyinin nümayəndəsi Artsrun Hovhannisyan İsrail istehsalı olan “SkyStriker” PUA-nın ER Silahlı Qüvvələrinin əlində zərərsiz olduğunu təsdiqlədi. Bunun necə olacağını şərh etmək istəmədi.
“Bizim əlimizdə müntəzəm olaraq müxtəlif formalarda Azərbaycan silah-sursatlarının nümunələri olur. Şərh vermək düzgün deyil”.
Bu gün Rusiya KİV-lərindən biri yazır ki, Artsrun Hovhannisyanın sözlərinə görə, ER Silahlı qüvvələri yeni mövqelər tutmayıb. Hovhannisyan cavabını təfərrüatlandırır: rus jurnalistiylə söhbətində mövqe barədə heç bir söhbət olmayıb.
“Rusiyalı jurnalistin sualı üksəklik əldə etmək haqqında idi. Mən dəqiq şəkildə demişəm, hər iki tərəfdən heç biri yüksəklik zəbt etməyib”-. Deyərək Hovhannisyan xüsusilə “yüksəklik” ifadəsi üzərində diqqəti cəmləşdirdi. Onun cavabı ucalığa aid olub, çünki sualda həmçinin “ucalıq” qeyd edilib.
“Hələ birinci günümövqelərin yaxşılaşdırılması ilə bağlı bir sual verildikdə, mən qeyd etdim ki,şərh etməyəcəyəm.Yüksəklik mövqe deyil və mövqe yüksəklik deyil. Amma mən mötərizəni açmayacağam, gəlin hərbçilərə mane olmayaq qoy onlar öz işini görsünlər”.