BaşlıcaSiyasət

ER Baş naziri: Atəşkəs rejiminin qorunmasınıın etibarlı beynəlxalq sistemi yaradılmalıdır

ER Baş naziri Nikol Paşinyanın bəyanatını Azərbaycan dilində oxucularımıza təqdim edirik:

“Salam hörmətli həmkarlar,

Bu gün bizim görüşümüzün səbəbi Ermənistan-Azərbaycan sərhədində mövcud operativ vəziyyətin müzakirəsidir. Amma, bundan əvvəl, aydın şəkildə qeyd olunmalıdır ki, regionda hərbi-siyasi vəziyyət Ermənistan Respublikasnın suveren ərazisinə qarşı Azərbaycanın törətdiyi təcavüz nəticəsində gərginləşib.

Keçən bazar günü, iyulun 12-də axşam saatlarında Azərbaycan Silahlı Qüvvələri Ermənistan Silahlı Qüvvələrinin “Anvax” (Qorxmaz) sərhəd mövqeyini işğal etmək üçün hücuma keçdilər. Vəziyyəti tam başa düşmək üçün qeyd etmək lazımdır ki, bu mövqe Ermənistan Respublikası sərhədindən bu yana, Ermənistan Respublikasının suveren ərazisindədir və Azərbaycanın hərəkətlərinə təcavüzdən başqa heç nə demək olmaz.

Üstəlik, Azərbaycan Silahlı Qüvvələri artileriya atəşi və zərbə pilotsuz uçuş aparatı ilə Tavuş rayonunun Movses, Aygepar, Çinari, Nerkin Karmir ağbyur kəndlərini hədəfə alaraq mülki infrastrukturlara və yaşayış evlərinə xeyli ziyan vurdular.

Eyni zamanda, bizim sübutlərimiz və faktiki məlumatlarımız vardır ki, Azərbaycan Silahlı Qüvvələri artileriya vasitələrini, zirhəli texnikanı Çinarinin qarşısında olan Ağdam kəndinin yaşayış evlərinin yaxınlığında, həyətlərində yerləşdiriblər və məhz oradan bizim kəndlərimizi hədəfə alıblar ki, bizim Silahlı Qüvvələrimizin cavab əməliyyatlarını mülki sakinlərə qarşı hücum kimi təqdim etsin.

Əziz həmkarlar,

Baş verən hadisələrin mənasını və məzmununu qeyd etmək çox vacibdir, çünki Azərbaycan silahlı qüvvələrinin əməliyyatlarının izahı olmalıdır, buna görə aşağıdakı suala cavab vermək vacibdir. Azərbaycanın hərbi-siyasi rəhbərliyi nə etmək istəyir və niyə?

Son aylarda Azərbaycan prezidenti İlham Əliyevin çoxdan bəri davam edən hərbi ritorikası aqressivləşib və o, ATƏT-in Minsk Qrupu həmsədrlərinin danışıqlarını ləğv etmək niyyətini açıq şəkildə nümayiş etdirərək, Qarabağ münaqişəsini daha aqressiv güclə həll etməklə hədələyir. Bu fonda o, son on il yarımda ordunun inkişafı bəhanəsi ilə xərclədiyi milyardlarla dolları Azərbaycan xalqının rifahı naminə istifadə etməmək praktikasına haqq qazandırmaq cəhdi ilə Azərbaycan ordusunun gücü və yenilməzliyi tezisini inkişaf etdirdi.

Azərbaycanın hərbi-siyasi rəhbərliyi dəfələrlə bəyan edib ki, Qarabağ münaqişəsini hərbi yolla həll etmək üçün İlham Əliyevdən əmr gözləyir. Bu davamlı ritorika müəyyən ifadə almalı idi. Təbii ki, Azərbaycanın hərbi-siyasi rəhbərliyinin təcavüzkar ifadələri fonunda, Artsax Müdafiə Ordusunun sayıqlığı və diqqəti iki dəfə artırılmalıydı, nəticədə Azərbaycan ən az gözlədiyimiz istiqamətdə zərbə endirmək qərarına gəldi.

Məqsəd bir idi: Azərbaycan ordusunun məğlubedilməzlik mifini gözlənilməz bir zərbə ilə gerçəkləşdirmək, erməni tərəfinin mənəvi və psixoloji mövqelərini hərbi uğurla məhv etmək, bu vəziyyətdə Artsax Respublikasına hücum etmək.

Lakin, Ermənistan Respublikası Silahlı Qüvvələri, Ermənistan sərhədlərinin toxunulmazlığını təmin etməklə yanaşı, həm də hazırkı Azərbaycan Prezidenti tərəfindən on və yarım il ərzində Azərbaycan ordusunun döyüş effektivliyi haqqında inşa etdiyi mifi məhv edərək, eksklüziv yüksək döyüş effektivliyi göstərdi.

Eyni zamanda, bu hərəkətləri ilə Azərbaycan onunla geniş hərbi-texniki əməkdaşlığı olan ölkələrə xeyli ziyan vurdu, çünki son bir həftə ərzində Silahlı Qüvvələrimiz bütün dünyada toxunulmaz sayılan silahlara zərər verdi. Ancaq bu hekayənin ən böyük sürprizi, Azərbaycanın hərbi-siyasi rəhbərliyinin öz əsgərlərinin həyatına qarşı həssassız münasibətidir, qarşılarına qoyulmuş vəzifə açıq şəkildə yerinə yetirilmədikdə belə, gözlənilən ölümə göndərirlər.

Azərbacanın hərbi-siyasi rrəhbərliyinin törədiyi təxribatın daha çox geniş geosiyasi konteksti var. Azərbaycan təbliğatı, uğursuzluğunu ört-basdır edərək özləri tezis yayıblar guya ki, Ermənistan Silahlı Qüvvələri Azərbaycandan başlayan beynəlxalq enerji infrastrukturlarını vurmaq və bunları sıradan çıxartmaq üçün mövqeləniblər. Bu, Ermənistanı qlobal təhlükə kimi təqdim etmək üçün edilir. Bu absurdluğunun ən vacib sübutu odur ki, Ermənistanın son həftə baş verən hadisələrdən əvvəl də belə əməliyyat keçirməsinin ehtimal olub. Lakin Ermənistanın belə bir məqsədi yoxdur və heç vaxt olmayacaq, çünki bölgədə və dünyada iqtisadi, siyasi, hərbi-siyasi, təhlükəsizlik və qeyri-sabitliyə təhdid yaratması heç vaxt gündəliyimizdə olmayıb və olmayacaq. Bizim vəzifəmiz suverenliyimizi, sərhədlərimizi, ölkəmizin və xalqımızın təhlükəsizliyinin təmin edilməsidir.

Bu, həm də global təhlükəsizlik çərçivəsində. Son günlərdə aydın olub ki, Azərbayacan yalnız Ermənistan üçün deyil, həm də qlobal təhlükəsizlik üçün təhlükə yaradır. Bir neçə gün əvvəl Azərbaycanın rəsmi nümayəndəsi bəyan edib ki, Metsamor atom elektrik stansiyasını vura bilərlər. Düzdür, Ermənistan özünün, o cümlədən Metsamor atom elektrik stansiyasının təhlükəsizliyini təmin etmək iqtidarındadır, lakin bu bəyanat insanlığa qarşı cinaət kimi hesab edilməlidir, çünki belə bir hərəkət insanlığa qarşı terror törətmək üçün bir təhdiddir. Buna müvafiq beynəlxalq reaksiya və araşdırma olmalıdır.

Bizim gələcək addımlarımıza gəlincə isə, bizim mövqeyimiz enyi qalır. Biz hamımız atəkəs rejiminin pozulmasına dair davamlı bəyanatlar dövründən çıxmalıyıq. Atəşkəs rejiminin qorunmasınıın etibarlı beynəlxalq sistemi yaradılmalıdır. Və sonrakı. ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində danışıqlar prosesi davam etməli və Azərbaycan nəhayət konstruktiv mövqe tutmalıdır.

Və sonunda Ermənistanın Silahlı Qüvvələrinin yüksək döyüş hazırlığı münasibəti ilə məmnunluğumu bildirmək istəyirəm. Qeyd etməliyəm ki, Hökumətimizin Silahlı Qüvvələrimiz inkişafına, o cümlədən hərbi-sənaye kompleksinin inkişafına dair qəbul etdiyi yolu tamamilə özünü doğruldur, şübhə yoxdur ki, biz bunu davam etdirəcəyik.

Dəfələrlə qeyd etdiyim kimi, Silahlı Qüvvələrimizin inkişafı bizim üçün yalnız prioritet deyildir, prioritetlərin prioritetidir. Bu çərçivədə qaldırdığımız vacib bir məsləni xatırldatmaq istəyirəm.. Bu- Korrupsiya yolu ilə əldə olunmuş pullarım geri qaytarılması və bu pulların Ermənistanın Silahlı Qüvvələrinin inkişafına yönəldirilməsidir. Məsələ tam həll olunmayıb. Ancaq biz bu yolla gedəcəyik, bu məqsədlə yaxın gələcəkdə fəaliyyətə başlayacaq müəyyən hüquqi mexanizmlər artıq yaradılıb”.

Daha çox göstər
Back to top button