Müdafiə Ordusunun ön dayaq hissələri cəbhə xəttindəki vəziyyəti tam nəzarət altında saxlamağı, respublikanın hava və quru sərhədlərini inamla müdafiə etməyi davam etməkdədir.
Sputnikin verdiyi məlumata görə, İyulun 12-dən etibarən Artsax -Azərbaycan dövlət sərhədinin Şimal-Şərq hissəsində Azərbaycan tərəfinin təcavüzü nəticəsində rəqib tərəfindən atəşkəs rejiminin pozulmasının artımı müşahidə olunub.
Bu haqda məlumatı Artsaxın Müdafiə Ordusunun mətbuat xidməti yayıb.
“Göstərilən müddətdə düşmən atəşkəs rejimini 500 dəfədən çox pozub, erməni mövqelərinə 6000-ə yaxın atəş açıdır” -deyərək məlumatda bildirilir.
Yuxarıda göstərilən qanun pozuntularına əlavə olaraq, iyulun 18-də saat 06:38 radələrində Müdafiə Ordusunun Hava hücumundan müdafiə bölmələri Şimalda kəşfiyyat uçuşunu həyata keçirən rəqibin “ORBITER-3” tipli pilotsuz uçuş aparatını məhv edib.
Müdafiə Ordusunun ön dayaq bölmələri vəziyyəti tam nəzarətdə saxlamağı davam edərək respublikanın hava və quru sərhədlərinin müdafiəsini fədakarlıqla yerinə yetirir.
Xatırladaq ki, ötən həftə, iyulun 5-dən 11-dək, Artsax-Azərbaycan qarşıdurma qüvvələrinin təmas xəttində düşmən atəşkəs rejimini 150 dəfədən çox pozmuş, müxtəlif çaplı atıcı silahlardan erməni mövqeləri istiqamətində 1800-ə yaxın atəş açmışdır.