BaşlıcaSiyasət

Azərbaycan ordusunda qeyri-döyüş itkisi

Dövlət Sərhəd Xidməti iyulun 20-də Xınalıq kəndi yaxınlığında polkovnik Şahin Mirzəyevin avtomobil qəzası nəticəsində həlak olması barədə məlumat yayıb.

Xəbərə əsasən, hadisə səhər 08:00 radələrinə baş verib.

Polkovnik DSX-nin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Quba rayonunun Xınalıq kəndi yaxınlığındakı sərhəd zastavasına xidməti tapşırığın icrası ilə əlaqədar hərəkət edən “UAZ” markalı xidməti avtomobildə olub.

Bir neçə hərbi qulluqçu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisə ilə əlaqədar DSX-nin Sərhəd Qoşunlarının və Hərbi Prokurorluğun nümayəndələri tərəfindən araşdırma aparılır.

Daha çox göstər
Back to top button