Başlıcaİctimaiyyət

Azərbaycanda koronavirusa yoluxanların sayı 27,5 mini ötdü

Azərbaycanda indiyədək ümumilikdə 27 521 nəfərin COVID-19-a yoluxması müəyyən edilib.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd edilir ki, onlardan 18 967 nəfər müalicə olunaraq sağalıb, 354 nəfər təhlükəli virusdan dünyasını dəyişib. Bununla yanaşı, daha 8 200 nəfərin müalicəsi xüsusi rejimli xəstəxanalarda davam etdirilir.

Məlumata görə, son gün ərzində COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 095 test aparılıb. Bununla da koronavirusla bağlı aparılan testlərin sayı 627 881-ə çatıb.

Daha çox göstər
Back to top button