
Sual – Son dövrlər Ermənistanla Azərbaycan arasında baş verən hərbi toqquşmaların səbəbi nələrdir?
Cavab – Bu gün verilişinizdə məni qonaq etdiyiniz üçün təşəkkür edirəm .Səbəblər çoxsaylıdır, amma mənim fikrimcə, əsas səbəb odur ki, iyulun 12-də Ermənistan istiqamətində hücum etməklə Azərbaycan növbəti dəfə Dağlıq Qarabağ məsələsində Ermənistana birtərəfli güzəştlər etməyə cəhd göstərdi.
Mən düşünürəm ki, biz bir daha göstərdik ki, Dağlıq Qarabağ münaqişəsinin yalnız bir həlli var, həll, hansı ki, möhkəm qarşılıqlı güzəşt üzərində üç cəlb olunan tərəflərin: Ermənistan, Artsax və Azərbaycan arasında güclü bir kompromisə əsaslanan həll yoludur.
Sülh prosesində irəliləməyə yeganə əngəl olan Azərbaycanın üstünlükpərəstliyidir. Azərbaycan rəhbərliyinin Ermənistana, erməni xalqına qarşı davamlı təcavüzkar, düşmənçilik, ritorikası, Ermənistan və Artsaxa qarşı tarixi tələblər, güc tətbiq etmək təhlükəsi mövcud vəziyyətimizin açıq səbəbləri idi.
Bu yeni bir sınaq idi, amma düşünürəm ki, bu münaqişənin hərbi yolla həlli olmadığı, münaqişənin yalnız dinc yolla həll edilə biləcəyi bir daha aydın şəkildə göstərildi. Düşünürəm ki, bir daha Ermənistanın müdafiə imkanları çox aydın şəkildə nümayiş olundu.
Sual – Siyasi-sülh yolu ilə tənzimlənmədən danışmaqdan öncə bilmək istərdim ki, əsas münaqişə Dağlıq Qarabağdırsa, onda niyə bu dəfə ölkənin Şimal-Şərq sərhəddində hərbi toqquşmalar baş verir?
Cavab – . Güman edə bilərəm ki, bu, Azərbaycan tərəfindən səhv hesablanıb. Bəlkə onlara elə gəlib ki, həmin ərazidə Ermənistanın müdafiə imkanları həssasdır, Ermənistan ərazisinə həmin ərazidən daxil ola bilər.
Ancaq mən hesab edirəm ki, onlar Ermənistanın müdafiə qabiliyyətinin güclü olduğuna, vəziyyəti gərginləşdirməyə, bu münaqişənin coğrafiyasını Dağlıq Qarabağdan kənarda genişləndirməyə, Ermənistanla geniş miqyaslı müharibə aparmaq cəhdlərinə daha aydın və qətiyyətlə uğursuzluğa düçar oldular.
Sual – Türkiyənin Azərbaycana dəstəyini necə şərh edərdiniz? Ərdoğan Azərbaycanı tam dəstəklədiklərini və Türkiyənin müdafiə naziri qarşıdurmalar zamanı Azərbaycan ordusunun öldürülənləri naminə onların qisasını alacaqlarını bildirib..
Cavab – Türkiyənin bu mövqeyindən biz təəccüblənmişik deyə bilmərəm, hansı ki, dezkonstruktiv faktor olaraq əks olunur və özü də nəinki bizim regionumuzda
Şərqi Aralıq dənizi, Şimali Afrika və Yaxın Şərq də daxil olmaqla digər bölgələrdə bu cür güc, nüfuz və müdaxilənin şahidi olmuşuq.Türkiyənin bu neo-osmanlı siyasətini bölgəmizdə də həyata keçirməyə cəhd edilir.
Bu açıqlamalara çox diqqətlə baxırdıq, həmin ifadənin müddəalarından biri Türkiyənin bölgədəki tarixi missiyası ilə bağlıdır. Xatırlatmalıyıq ki, bu, keçmiş əsrin əvvəllərində Erməni Soyqırımının xatirəsini özündə cəmləşdirən, cinayətkar bir missiyadır.
Sual – Bu son toqquşmalar zamanı Türkiyənin Ermənistana qarşı açıq şəkildə Azərbaycana dəstək verməsinin səbəbi məgər budur?
Cavab – Dediyim kimi, bu regionda güc və gücün siyasət təzahürü idi ki, o da onların niyətlərini, regionumuzda dezkonstruktivlik toxumunu səpməkçün onların siyasətini əks etdi.
Türkiyənin bu çox təhlükəli geosiyasi siyasəti heç bir şəkildə münaqişənin sülh yolu ilə həllinə kömək etmir, heç bir şəkildə bölgəmizdə güclü, möhkəm bir sabitliyə aparmır.
Bu siyasət digər kəskinliklə digər tərəfdaş ölkələrin siyasətçiliyinə ziddir, hansılar ki, daha tarazlı olmuşlar
Buna görə Türkiyənin birtərəfli yanaşması, Azərbaycanla irqi ortaqlıq siyasəti sanki qeyri-sabitliyiqidalandırır..
Sual – Türkiyənin Azərbaycanı hərbi yolla dəstəkləməsini Siz ədalətlimi hesab edirsiniz ədalətlidirmi? Türkiyənin müdafiə sənayesi naziri bu qarşıdurmalarda bütün hərbi-sənaye imkanlarını Azərbaycanın Ermənistana qarşı dəstəklənməsi üçün sərmayə qoyacaqlarını söylədi. Belə olan halda, Ermənistan hansısa beynəlxalq və ya digər yardım üçün müraciət edəcəkmi?
Cavab – Ermənistanın öz müdafiə imkanları var. Ermənistan KTMT-nin digər üzv dövlətləri ilə də əməkdaşlıq edir. Ermənistan bir çox tərəfdaşla işləyir və Ermənistan NATO ilə də əməkdaşlıq edir. Ermənistan sabitlik üçün çalışan, hərbi yolla hər hansı bir həll yolu, regional siyasətdən imtina edən bir ölkədir. Biz oxşar siyasətçiliyi qətiyyətlə imtina edəcəyik.
Əlbəttə ki, onu müdafiə etməyə hazır olacağıq. Hər hansı bir qeyri-sabitliyin hərbi genişlənməsi, hərbi həll yollarının tapılması bütün bölgə üçün fəlakətli olacaqdır. Bu isə , Türkiyənin çox dağıdıcı və təhlükəli siyasətini bir daha göstərəcəkdir.
Sual – Rusiyanın rolu haqqında. Hazırda orada iki hərbi bölgələrdə, Cənub və Şərq bölgələrində sürpriz hərbi təlimlər həyata keçirilir əmçinin rus vasitəçiliyi də mövcuddur. Hərbi toqquşmaları dayandırmaq üçün məgər sonunculara güvənirsinizmi?
Cavab – Əvvəlan, icazə verin, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün hansı yolla izləməyiə toxunum. Sülh yolu ilə həll etmək önəmlikdir. Bu, Fransa, ABŞ və Rusiyanı əhatə edən ATƏT-in Minsk Qrupu həmsədrlərinin beynəlxalq səviyyədə qəbul edilmiş kvota çərçivəsində baş verir.
Rusiya digər iki ölkə ilə bütün maraqlı tərəflər – Ermənistan, Artsax və Azərbaycan üçün məqbul bir kompromis həll yolu tapmaq üçün çox konstruktiv çalışdı.
Ermənistan və Artsaxa gəldikdə, biz təhlükəsizlik maraqlarını, təhlükəsizlik məsələlərini, bütün tərəflərin önəmlikləri naminə diqqətlə hazırlanmış bir kompromis həllinə tam sadiqik.Rusiya öz siyasətçiliyində olduqca həssa olub müstəsna olaraq daima sülh həllərini axtarıb.
Biz bu siyasəti böyük məmnuniyyətlə qəbul edirik; sülh prosesini davam etdirmək üçün Rusiya ilə, eləcə də digər ATƏT-in Minsk Qrupu həmsədrləri, Fransa və ABŞ ilə işimizi davam etdirəcəyik. Müharibə bir seçim deyil. Bu, bütün bölgə üçün bir fəlakətdir. Bölgəmizdəki hər hansı bir hərbi həll yolu və ya müharibəni qəti şəkildə inkar edirik. Budur bizim siyasətimiz.