İdman

GürcüstanXİN-i: “Azərbaycan KİV-I dezinformasiyalar yayır”

“İnfoteka24”-ün verdiyi məlumata görə, Gürcüstan Xarici işlər nazirliyi, Azərbaycan KİV-i , Serbiyadan Gürcüstan üzərindən Ermənistana minaatanların göndərildiyi ilə bağlı yayılan xəbərləri təkzib etdi və bunu ictimaiyyəti çaşdırmaq cəhdi adlandırdı.

Gürcüstan Xarici işlər nazirliyi,” İnterpressnews “ xəbər saytının jurnalistlərinin istəyi ilə bunun dezinformasiya olduğunu yayımladı.

“Azərbaycan KİV-lərindən biri səhv məlumatlar daxil edən bir yanlış məlumat yaydı ki, o da özündə  kifayət  qədər dezinformasiya əks edirdi..

Azərbaycanlı, guya ciddi hesab edilən İnternet nəşrinin  qeyri-obyektiv şəkildə faktları qərəzli şəkildə təsvir etməsi, ictimaiyyəti çaşdırması və Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığını və dostluğunu ləkələməyə çalışması olduqca təəssüf doğurur”-deyərək  o qeyd edib.

Qeyd edək ki, Gürcüstan Xarici işlər nazirliyinin Serbiya minaatanlarının Ermənistana verilməsi ilə bağlı məlumatların həqiqətə uyğun olmadığı barədə birmənalı açıqlamasına baxmayaraq, bu gün Serbiya səfiri Azərbaycan Xarici işlər nazirliyinə çağrılıb

Daha çox göstər
Back to top button