BaşlıcaSiyasət

Nazirlik hərbçilərin xahişini təmin etməyəcək

ER Müdafiə Nazirliyi hərbçilərin tələbini təmin etməyəcək, onlar cədvələ uyğun olaraq tərxis ediləcəklər. Bunu ER Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan “armtimes” ilə söhbətində deyib.

“Hərbçilər minlərlə müraciətlər yazıb qalmaq istədiklərini, evə getməyəcəklərini ifadə etdilər, lakin tərxis normal şəkildə həyata keçirilir”,-Stepanyan qeyd edib.

Qeyd edək ki, hərbi xidmətini başa çatmış bir çox əsgər hərbi hissələrdən getmək istəmədiklərini deyirlər. Onlar vətən sərhədində olmaq istədiklərini qeyd edir.

Bunu öz Facebook səhifəsində ER Baş naziri Nikol Paşinyan da yazmışdır.

Daha çox göstər
Back to top button