BaşlıcaSiyasət

Rusiya Ermənistanla Azərbaycan arasındakı münaqişənin tezliklə həll olunacağına ümid edir. Peskov

Rusiya Ermənistanla Azərbaycan arasındakı münaqişənin tezliklə həll olunacağına ümid edir, bu da həmin ölkələrin Rusiyadakı nümayəndələri arasında emosional fonu tənzimləməsinə imkan verəcəkdir. RİA Novosti xəbər verir ki, bu sözləri RF prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bilirsiniz ki, Moskvada, ümumilikdə Rusiyada bir çox ermənilər və azərbaycanlılar yaşayır, hamısı Rusiyanın intizamlı vətəndaşlarıdır. Mühacirlərlə yanaşı Rusiya vətəndaşı olanları da nəzərdə tuturam. “Aydındır ki, Ermənistan-Azərbaycan sərhədindəki gərginlik vətəndaşlarımızı laqeyd qala bilməz. Əlbətdə ki, onlar emosional reaksiya göstərirlər”- deyə Peskov Kremlin Moskvadakı ermənilərlə azərbaycanlılar arasındakı problemlərə, o cümlədən ticarət sahəsindəki problemlərə diqqət yetirib-verməməsinə dair jurnalistlərin sualına cavab verərək bildirib.

Peskov xatırladıb ki, Rusiya hər iki tərəfi təmkinli olmağa, atəşkəsə qayıtmağa və zorakılığı dayandırmağa çağırıb.

“Buna görə ümid edirik ki, vəziyyət mümkün qədər tez həll ediləcək və eyni zamanda emosional fon normala dönəcək” – deyə Peskov qeyd edib.

Daha çox göstər
Back to top button