BaşlıcaSiyasət

Zəng etdilər və Ermənistan tərəfindən Azərbaycanın neft sektorunun hədəf alınması barədə şərh istədilər: Rus iqtisadçı

Rus iqtisadçı, siyasətçi, “Qlobal Probləmlər İnstitutu” QHT-nınsədri, RF Prezidenti administrasiyasının keçmiş məsləhətçisi Mixail Delyagin öz Facebook səhifəsində yazıb ki, Rusiya KİV-lərindən biri Ermənistan-Azərbaycan qarşıdurması barədə pul qarşılığında Azərbaycanyönlü şərh istədi.

Delyagin yazır ki, ona zəng edib “Ermənistan tərəfindən Azərbaycanın neft sektorunun hədəf alınması və konflikt təhrik etməsi” barədə şərh istədilər. “Niyə Ermənistan və Azərbaycanın neft obyektlərinin münaqişənin harasında olması barədə sualıma, Moskva KİV-inin iqtisadi bölməsinin redaktoru cavab verib ki, “bu Bakının mövqeyidir”,-deyə Delyagin yazır və sual edir: “əgər sabah Bakının mövqeyi erməni soyqırımının ruslar tərəfindən törədilməsi olsa, Moskva KİV-ləri pul qarşılığında bunu təsdiq edən şərhlər toplamağa başlayacaqlar?”

Daha çox göstər
Back to top button