BaşlıcaSiyasət

Əliyev bu mövzuda susmalıdır: Bakı Yerevanı KTMT-nin reaksiyasına görə günahlandırır

Azərbaycan prezidenti 10 gün susduqdan sonra daha original şey tapmadan Ermənistanı KTMT reaksiyasına görə günahlandırdı. Azərbaycan KİV-lərinə görə Əliyev xüsusilə qeyd etdi:

“Ermənistana başından güclü zərbə vurandan sonra onlar dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qaçdılar ki, bunları müdafiə eləsin. Tələb edirdilər ki, KTMT Azərbaycanı qınayan bəyanat versin”.

Bir kənara buraxaq ki, məhz Ermənistan Azərbaycana dağıdıcı zərbə vurub və qeyd edək ki, Əliyev ya yalnış məlumatlandırılıb, ya da faktları qəsdən təhrif edir.

Ermənistan KTMT-a təşkilat bölgəsində yaranmış vəziyyət barədə məlumat verib, lakin bir neçə dəfə rəsmi şəkildə bəyan edib ki, vəziyyəti nəzarətdə saxlayır və müdaxiləyə ehtiyac yoxdur. Əliyev isə, əksinə, hər gün türk tərəfinə müraciət edir. Hətta Müdafiə nazirinin müavini səfərə getdi və sonra türk tərəfi Azərbaycana birbaşa hərbi dəsətək vəd etdi.

Bildiyiniz kimi, türkiyə keçmişdə də gizli şəkildə və birbaşa olaraq Azərbaycana silah və hərbçilərin hazırlanması məsələlərində yardım göstərirdi.

Daha çox göstər
Back to top button