BaşlıcaSiyasət

Azərbaycanlılar bizi Bakıda qonaq qəbul etmək istəyirlər: Vigen arxiyepiskop Aykazyan

Azərbaycanlıların öz ölkələrində böyük problemləri var və xalqın diqqətini bu problemlərdən yayındırmaq üçün Ermənistanla sərhəddə hərbi əməliyyatları yenə başlaya bilərlər, bu onların siyasətidir. Bunu News.am ilə söhbətində Vigen arxiyepiskop Aykazyan qeyd edib.

“Onlar, hərbi əməliyyatlarla xalqın diqqətini problemlərindən yayındırır, Türkiyə Prezidenti Müqəddəs Sofya kilsəsini məscidə çevirərək etdiyi kim. Onların həmişə bu problemi var və əgər bir az zəif olduğumuzu hiss etsələr, hücum etməlidir”.

Azərbaycan Müdafiə Nazirliyinin Metsamor Atom Elektrik Stansiyasına vura biləcəkləri ilə bağlı açıqlamasına toxunan arxiyepiskop bunun böyük bir fars olduğunu söylədi. “Bilmirlər ki, daha pis şeylər edə bilərik, amma insana zərər vermək istəmirik. Heç vaxt belə bir addım atmazlar, biz sakit olmalıyıq. Əliyev bütün bu problemlərin səbəbkarıdır, çünki Əliyev çox pis vəziyyətdədir. Xalqı tərəfindən hörmət edilmir və sevilmir, çünki insanlar çox pis vəziyyətdədirlər”.

O əmindir ki, azərbaycanlılar bir daha hücum etsələr, nəticələr onlar üçün çox pis olacaqdır. “Yəqin ki, bizi Bakıda qonaq qəbul etmək istəyirlər, istəyirlər ki, Bakıya gedək, onlara yaxşı dərs verək və sonra qayıdaq. Artsax azadlıq müharibəsi zamanı Türkiyə və Əfqanıstandan dəstək aldılar. Nə oldu? Qaçdılar. Bizim üçün hətta bir erməni hərbçisinin ölümü böyük bir faciədir və onlar üçün yüzlərlə əsgərin ölümü heç bir şey deyil”.

Daha çox göstər
Back to top button